İsrail Livana hücuma hazırlaşır – İraq şiələri ordu qururbackend

İsrail Livana hücuma hazırlaşır – İraq şiələri ordu qurur

İraqda fəaliyyət göstərən iranyönlü şiə qrupları İsraillə Hizbullah arasında genişmiqyaslı müharibə başlayarsa, İsrail və ABŞ-a qarşı döyüşməyə hazır olacaqlarını bildiriblər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, İraqdakı İslam Müqavimətinin yüksək rütbəli səhra komandiri yaraqlıların eskalasiyaya eskalasiya ilə cavab verməyə hazır olduqlarını və onun qrupunun artıq Livana mütəxəssis və müşavirlər göndərdiyini bildirib.

Bundan əvvəl iraqlı yaraqlılar İsrailə qarşı hücumlar təşkil etdikləri barədə dəfələrlə məlumat vermişdilər. Əksər hallarda bu ifadələr təsdiqini tapmamışdı.

Xatırladaq ki, artıq İsrailin Livana hərbi müdaxiləsi ilə bağlı proqnozlar gündəmdədir. Əksər ekspertlərin qənaətinə görə, bu müdaxilə qaçılmazdır və İsrailin ən müasir silahlardan istifadə etməsi ilə qələbəsinə zəmin yaradacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*