İsrail Livanda xəstəxananı vurdu: Dəhşətli dağıntı və yaralılar var – VİDEObackend

İsrail bu ölkədə xəstəxananı vurdu: Dəhşətli dağıntı və yaralılar var - VİDEO

İsrail hərbi aviasiyasının bazar ertəsi günü Livanın cənubundakı Tir şəhərinə endirdiyi hava zərbəsi nəticəsində “Cabal Amel” xəstəxanasına ciddi ziyan dəyib.

KONKRET.az xəbər verir ki, bu barədə AFP agentliyi Livan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Livan rəsmilərinin bildirdiyinə görə, raket zərbəsi birbaşa tibb müəssisəsinin yaxınlığındakı yol kəsişməsinə düşüb. Hadisə nəticəsində xəstəxana binası və avtomobil dayanacağı yararsız hala düşüb, yaralananlar var.

Sosyal şəbəkələrdə və xəbər agentliklərində yayılan kadrlarda xəstəxananın tamamilə dağılmış otaqları, yerə tökülən şüşə qırıntıları, qan izləri və dayanacaqda baş verən güclü yanğın aydın şəkildə görünür. İsrail Ordusu (SAXAL) hələlik insidentlə bağlı hər hansı bir şərh verməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*