İsrail məşhur fələstinli məhbusu 40 ildən sonra AZAD ETDİ – VİDEObackend

İsrail məşhur fələstinli məhbusu 40 ildən sonra AZAD ETDİ - VİDEO

İsrail ən məşhur fələstinli məhbusu azad edib.

KONKRET.az xəbər verir ki, tanınmış fələstinli fəal Kərim Yunis İsraildə 40 il həbsdən sonra sərbəst buraxılıb.

1983-cü ildə o, Colan təpələrində bir İsrail əsgərini qaçırıb öldürməkdə ittiham edilərək ömürlük həbsə məhkum edilib. On il əvvəl prezident Şimon Peres cəzanı 40 il həbslə əvəz edib.

Yunisi “Fələstinli məhbusların ağsaqqalı” adlandırırdılar. O, Fələstin Muxtariyyətindən olan digər məhbuslardan daha çox dəmir barmaqlıqlar arxasında keçirib, siyasi broşüralar yazıb.

Kərim Yunis həbsxana binası qarşısında izdihamdan qaçmaq üçün məxfi şəkildə sərbəst buraxılıb. Sübh açılmamış ailəsindən gizli olaraq polis bölməsinə aparılıb və şəhərə buraxılıb.

Yunisi fələstinlilər qəhrəman kimi qarşılayıblar. İsrail Daxili İşlər Nazirliyi onun vətəndaşlıqdan məhrum edilməsi məsələsini qaldırır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*