İsrail ordusu onun da öldürüldüyünü açıqladıbackend

İsrail ordusu onun da öldürüldüyünü açıqladı

İsrail Müdafiə Qüvvələri 7 oktyabr 2023-cü ildə hücumda iştirak edən terrorçunun öldürüldüyünü açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə ordunun teleqram kanalında məlumat verilib.

Məlumata görə, İsrail kəşfiyyatı terrorçunun izinə düşüb və onun yerini təsdiqlədikdən sonra avtomobilini hədəfə alıb. Açıqlamada qeyd olunub ki, avtomobil mülki olub və humanitar yardımın daşınması üçün istifadə edilməyib.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə Həmas yaraqlıları Qəzza zolağı ilə sərhədə yaxın ərazilərə hücum edib. Fələstin silahlıların 253 israillini əsir götürərək anklava aparıblar. İsrail hakimiyyətinin məlumatına görə, 1,2 minə yaxın insan hücumun qurbanı olub. Buna cavab olaraq İsrail Qəzza zolağında hərbi əməliyyata başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*