İsrail parlamenti terrorçular üçün ölüm cəzasını TƏSDİQLƏDİbackend

İsrail parlamenti terrorçular üçün ölüm cəzasını TƏSDİQLƏDİ

İsrail Knesseti (parlament) birinci oxunuşda terrorçular üçün ölüm cəzasını tətbiq edən qanun layihəsini təsdiqləyib.

KONKRET.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, 55 deputat təşəbbüsün lehinə, 9-u əleyhinə səs verib.

Qeyd olunub ki, müxalifətdən olan deputatların əksəriyyəti etiraz olaraq səsvermədə iştirak etməyib.

Qanun layihəsinə görə, ölüm cəzası terror aktlarına, habelə irqçilik motivləri ilə yəhudi xalqını ölkədən çıxarmaq və İsrail vətəndaşlarının öldürülməsinə görə nəzərdə tutulub”.

Bildirilib ki, təşəbbüs Nazirlər Kabineti tərəfindən bəyənilərsə, birinci oxunuşda baxılmaq üçün Knessetə qaytarılacaq.

Məlumata görə, hazırda İsraildə ölüm hökmü vətənə xəyanət, soyqırım, insanlığa və müharibə zamanı yəhudi xalqına qarşı cinayətlərə görə tətbiq edilir.

Xatırladaq ki, yanvarın 27-də Qüdsdə törədilən terror aktı nəticəsində 7 nəfər həlak olub. Hücum edən şəxs tapança ilə sinaqoqdan çıxan insanlara atəş açıb. O, qaçmağa çalışarkən polis tərəfindən öldürülüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*