İsrail Suriyaya raket zərbələri endirdi: Ölən və yaralananlar varbackend

İsrail Suriyaya raket zərbələri endirdi: Ölən və yaralananlar var

İsrail Hərbi Hava Qüvvələri Suriyanın “Şayrat” aerodromunun ərazisindəki obyektlərə raket zərbələri endirib.

KONKRET.az Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, noyabrın 13-də İsrail Hərbi Hava Qüvvələri Suriyanın “Şayrat” hərbi aerodromunun yaxınlığındakı hədəflərə 8 raket zərbəsi endirib.

Hərbi idarənin məlumatına görə, zərbə nəticəsində iki Suriya əsgəri ölüb, üçü isə yaralanıb.

Hücumu Livan hava məkanından bir qrup F-15 taktiki qırıcıları həyata keçirib.

İsrail tərəfi hücumla bağlı hələlik açıqlama verməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*