İsrailin müdafiə naziri İsrael Katz Livanda həyata keçirilən əməliyyatlardan sonra ölkəsinin hərbi planları ilə bağlı mühüm açıqlama verib.
KONKRET.az xəbər verir ki, əməliyyat başa çatdıqdan sonra İsrail ordusu Livan ərazisində “təhlükəsizlik zonası” yerləşdirəcək. Onun sözlərinə görə, bu zona tank əleyhinə təhdidlərdən müdafiə xətti boyunca uzanacaq və Litani çayına qədər olan əraziləri, o cümlədən körpüləri əhatə edəcək.
Nazir həmçinin əlavə edib ki, rəsmi Təl-Əvivin məqsədi Livanı İranın təsirindən ayırmaq və ölkədə mövcud vəziyyəti “birdəfəlik dəyişməkdir”.
Qeyd edək ki, regionda gərginlik son dövrlərdə artmaqda davam edir və bu cür bəyanatlar Yaxın Şərqdə yeni eskalasiya ehtimallarını gündəmə gətirir.
Müşviq Tofiqoğlu
KONKRET.az
