İsrailin Livandakı quru əməliyyatı bir neçə həftə davam edəcəkbackend

İsrailin Livandakı quru əməliyyatı bir neçə həftə davam edəcək

İsrailin Livanın cənubundakı quru əməliyyatının əsas hədəfi sərhəddən təxminən 3 mil (4,8 kilometr) şimalda yerləşən dağ silsiləsidir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, oradan Livanın “Hizbullah” hərəkatı İsrailə tank əleyhinə raketlərlə hücum etmək imkanı əldə edir. Onun təhlükəsizlik mənbələrinə görə, əməliyyatın bir neçə həftədən çox çəkməyəcəyi gözlənilir.

Oktyabrın 1-də İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullahın infrastrukturunu məhv etmək məqsədi ilə quru əməliyyatına başladığını elan edib.

Dünən, oktyabrın 3-də İsrail ordusu Livanın cənubunda gedən döyüşlər zamanı 9 əsgərinin öldüyünü açıqlayıb. Qurbanlar arasında elit “Egöz” və “Qolan” diviziyalarının döyüşçüləri də var. Livan ordusu da itkilər verir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*