İstanbulda Mərmərə dənizi 15-20 metr geri çəkilib.
KONKRET.az NTV telekanalına istinadən xəbər verir ki, şahidlər hadisənin foto və videolarını sosial şəbəkələrdə paylaşıblar.
Kandilli Rəsədxanası bunun Türkiyədə son vaxtlar baş verən zəlzələlərlə bağlı olmadığını bildirib. Onların fikrincə, bu, təzyiqin azalması nəticəsində baş verib.
Qeyd edək ki, fevralın 6-na keçən gecə Türkiyə və Suriyada dağıdıcı zəlzələ baş verib. Son məlumatlara görə, Türkiyədə 31,6 min, Suriyada isə 8,5 min nəfər ölüb. Türkiyə iqtisadiyyatına 84 milyard dollar ziyan dəyib.
İqbal Rzayev,
KONKRET.az
