İstanbulda təyyarə qəzası nəticəsində yaralıların sayı artdı – VİDEO – YENİLƏNİBbackend

İstanbulda təyyarə qəzası nəticəsində yaralıların sayı artdı -  VİDEO - YENİLƏNİB

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların sayı artıb.

Bu barədə KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir.

İstanbul şəhərinin qubernatoru Ali Erlikaya bildirib ki, “Boeing 738” layneri Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 120 nəfərə çatıb.

O, qeyd edib ki, hadisə zamanı təyyarədə 177 nəfər – 171 sərnişin və 6 heyət üzvü olub. Qəza nəticəsində ölən olmayıb.

======================================================================================================

Türkuyədə İstanbul Sabiha Gökçen Hava limanındakı sərt eniş edərək 3 hissəyə parçalanan “Boeing 737-800” tipi təyyarədə sərnişinlər arasında bir Azərbaycan vətəndaşı da olub.

KONKRET.az xəbər verir ki, bu barədə NTV televiziyası məlumat yayıb.

Bildirlib ki, təyyarədəki 177 sərnişindən çoxu Türkiyə vətəndaşıdır. Sərnişinlər arasında həmçinin 4 ABŞ, 1 Azərbaycan, 1 Türkmənistan, 1 Qazaxıstan vətəndaşı olub.

Qeyd edək ki, bu gün İzmir-İstanbul reysini həyata keçirən “Pegasus” Hava Yollarına məxsus sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağından çıxaraq yolun kənarına yuvarlanıb.

======================================================================================================

İzmirdən İstanbula uçan təyyarə qəzaya uğrayıb.

KONKRET.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə “Sabiha Gökçen” hava limanında baş verib.

“Pegasus” şirkətinə məxsus təyyarə dəniz üzərindən hava limanına enərkən eniş zolağından çıxıb.

Sərnişin təyyarəsinə böyük miqyasda zərər dəyib. Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub.

İnsan tələfatı barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*