İstanbulun Böyükçəkməcə rayonunda torpaq sürüşməsi baş verib.
KONKRET.az DHA-ya istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunublar.
Torpaq altında qalan şəxslərin xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Hadisənin səbəbləri və xəsarət alanların sayı barədə hələlik məlumat verilməyib.
