AXCP Gəncə Şəhər şöbəsinin sədri Bəxtiyar Əlizadə istefa verməsi ilə bağlı təfərrüatlara aydınlıq gətirib.
KONKRET.az xəbər verir ki, bu barədə Bəxtiyar Əlizadə özünün facebook hesabında video paylaşıb. O bildirib ki, bu yaxınılarda Gəncədə konfrans keçirilib, lakin demokratik olmayıb: “Seymur Həzi Gəncəyə gəldi və bizlərlə görüşdü. Hər birimizin fikrinə hörmətlə yanaşdı. O dedi ki, seçki demokratik keçiriləcək və hər kəsin istəyi nəzərə alınacaq. Amma tam əksinə oldu. Heç bir demokratik seçkidən söhbət gedə bilməz. Əksər ziyalılar, gənclər kənarda qaldı”.
AXCP Gəncə şəhər şöbəsinin sədrinin sözlərinə görə, partiyadan ona gənclərə üstünlük verildiyi deyilib: “Dedilər ki, rəhbər vəzifələrə gəncləri gətiririk. Mən bununla razıyam. Lakin bu gənclər lazımlı şəxslər olmalı idi. Bu, partiyanın yanlış kadr siyasətidir. Razi Nurullayevdən üzü bəri bir neçə adamlara bizə səs verdiriblər, partiyaya gətirmişik, ancaq sonradan bunun əziyyətini çəkmişik. İndi mənim 33 illik fəaliyyətimə kölgə salıb şər böhtan yağdıran, Saleh Rüstəmlini həbs etdirən şəxsi rəhbər kimi necə qəbul edim? Bu mənim üçün qəbul edilməzdir. Ona görə də tərəfdarlarımın istəyini nəzərə alaraq bu çıxışı etdim. Sədrlikdən istefa versəm də, öz haqlı tələbimi ortaya qoydum” – deyə Bəxtiyar Əlizadə fikirlərini tamamlayıb.
Şəbnən Mehdizadə,
KONKRET.az
