“İstəyirəm bir gün 2 il bundan qabaq Ermənistana gələn bu fotodakı maşınlar ard-arda əks istiqamətdə – evə, Kəlbəcərə, Qarabağa getsinlər”.
KONKRET.az xəbər verir ki, bunu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababyan sosial şəbəkə hesabında yazıb.
“2020-ci ilin bu günlərində ermənilərin Kəlbəcərdən köçü baş verdi. Başını aşağı salan erməni çarəsiz halda evini, torpağını tərk etmək məcburiyyətində qaldı və hətta ölülərini də özü ilə apararaq getməyə məcbur oldu.
2 il sonra Nerkin And erməniləri qaldı. Ermənilərin köçü indi də Zəngəzur, Vayots Dzor və Qeqarkunik kimi çoxsaylı yaşayış məntəqələrini təhdid edir. 2 ildir ki, “vətən”imizin daha böyük bir hissəsini, yüksəkliklərimizi, yollarımızı itirmişik, yüzlərlə yeni ölülərimiz, itkinlərimiz, əsirlərimiz, dəfn edilməmiş cəsədlərimiz var…
“Aldatma, fırıldaq” – S.Malxasyanın izahlı lüğətində ilğım sözü belə şərh olunur.
Türklər bizimlə dinc yaşamaq istəmir. Türklərlə barışmaq ilğımdır.
İstəyirəm bir gün 2 il bundan qabaq Ermənistana gələn bu fotodakı maşınlar ard-arda əks istiqamətdə – evə, Kəlbəcərə, Qarabağa getsinlər”, – deyə Ağababyan sərsəmləyib.

Xuraman Etibarlı,
KONKRET.az