“Caspian Catering Supply” MMC tərəfindən Belarus Respublikasından ölkəmizə idxal edilən 19,99 ton dondurulmuş toyuq əti məhsuluna baxış keçirilib.
KONKRET.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən verilən məlumata əsasən, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində 15 dekabr 2020-ci il tarixində istehsal edilən dondurulmuş toyuq məhsulları partiyasında salmonella aşkarlanıb.
Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
