İsveç Türkiyəyə silah ixracına qoyulan embarqonu LƏĞV ETDİbackend

İsveç Türkiyəyə silah ixracına qoyulan embarqonu LƏĞV ETDİ

İsveç Türkiyəyə silah ixracına qoyulan embarqonu ləğv etdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Anadolu xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, İsveçin Silah İxracına Nəzarət üzrə Dövlət Departamenti (ISP) Türkiyəyə silah ixracına qoyulan embarqonun ləğv edildiyini bəyan edib.

İsveçin hərbi texnika ixracının idarə edilməsində məsul olan Dövlət Silah İxracına Nəzarət Departamenti (ISP) 2019-cu ildə dayandırılan Türkiyəyə ixracın indi yenidən icazə veriləcəyini açıqlayıb.

Mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatı” fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim edib.

Əvvəlcə Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasına mane olub, lakin iyunun 29-da Türkiyə, İsveç və Finlandiya Ankaranın bütün narahatlıqlarını nəzərə alan təhlükəsizlik memorandumu imzalayıblar. Türkiyə də öz növbəsində bu iki Avropa ölkəsinin NATO-ya daxil olmasına etirazını geri götürüb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*