İsveçrə Danimarkanın Ukraynaya zirehli maşın göndərilməsinə VETO QOYDUbackend

İsveçrə Danimarkanın Ukraynaya zirehli maşın göndərilməsinə VETO QOYDU

İsveçrə hökuməti Danimarkanın Ukraynaya İsveçrə istehsalı olan 20 “Piranha II” zirehli maşını göndərmək qərarına veto qoyub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveçrə Maliyyə Nazirliyindən verilən açıqlamada bildirilib.

Belə ki, qərarda Bern qanunlarının neytrallıq siyasətinin bir hissəsi olaraq döyüş bölgələrinə hərbi yüklərin daşınmasını qadağan etdiyi vurğulanıb.

Qeyd edək ki, aprel ayında İsveçrə eyni səbəbdən Almaniyanın Ukraynaya tədarük edəcəyi zenit tankları üçün sursatları qarşılamaqdan imtina etmişdi.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*