İşxan Saqatelyan: “Paşinyan bəyan edir ki, “Arsax”ın Azərbaycanın tərkibində olmasına qarşı deyil”backend

İşxan Saqatelyan: "Paşinyan bəyan edir ki, “Arsax”ın Azərbaycanın tərkibində olmasına qarşı deyil”

Nikol Paşinyan açıq şəkildə bəyan edir ki, o, “Arsax”ın (Qarabağdakı qondarma rejim) Azərbaycanın tərkibində olmasına etiraz etmir.

KONKRET.az “news.am”a istinadən xəbər verir ki, bunu İrəvanda Fransa Meydanında “Müqavimət” Hərəkatının yürüşünün sonunda parlamentin vitse-spikeri İşxan Saqatelyan deyib.

“Bir gün əvvəl Nikol Paşinyan parlamentdə bəyan etdi ki, “Arsax” ermənilərinin təhlükəsizliyini təmin edəcək istənilən status bizim üçün məqbuldur. Həmin şəxs açıq şəkildə bəyan edir ki, o, “Arsax”ın Azərbaycanın tərkibində olmasına etiraz etmir”.
“Aylarla deyirdik ki, rəsmi Bakı ilə Nikol Ermənistanı hissə-hissə bölüb Azərbaycana verəcək. Ancaq İrəvanda bununla razılaşmayanlar olurdu. Heç olmasa bu gündən sonra bəzi insanlar satqınla bərabər məsuliyyət daşıyacaqlarını başa düşməlidirlər”, – İşxan Saqatelyan bildirib.

Xatırladaq ki, Azərbaycan prezidenti dünən “Zəngəzur dəhlizi” açılmasa, sülhdən danışmağın çox çətin olacağını deyib:

“Zəngəzur dəhlizinin açılması ilə bağlı ən qısa zamanda qərarın qəbulu bölgədəki sülhün fundamental elementlərindən biridir. Əgər bizə bu giriş-çıxış verilməsə, onda sülhdən danışmaq çox çətin olacaq və Azərbaycanın Ermənistanla normal yanaşı yaşamaq üçün göstərdiyi bütün səyləri boşa çıxacaq. Bu, mühüm məsələdir. Azərbaycanın bunu tələb etmək hüququ var, çünki Ermənistan hökuməti müvafiq bəyanat imzalayıb”.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*