İtaliyada son sutkada 604 nəfər koronavirusdan həyatını itirdibackend

İtaliyada son sutkada 604 nəfər koronavirusdan öldü

İtaliyada son sutka ərzində daha 604 nəfər koronavirusun qurbanı olub.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borelli məlumat verib.

O, deyib ki, bununla da ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 17 127 nəfərə çatıb.

Bundan başqa, İtaliyada koronavirusa yoluxma halları daha 3039 nəfər artaraq 135 586-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*