İtkin düşən digər balıqçıya görə helikopter cəlb edildi – Videobackend

İtkin düşən digər balıqçıya görə helikopter cəlb edildi - Video

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçı 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

KONKRET.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda vətəndaşın axtarışları FHN-in Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Xatırladaq ki, ötən gün balıqçılardan biri – Nazim Abbasovun meyiti aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*