Rusiyanın Prokopyevsk şəhərində itkin düşmüş 21 yaşlı qız 10 gündən sonra tapılıb.
KONKRET.az-ın məlumatına görə, yerli mətbuat yazır ki, qız iyulun 15-də naməlum istiqamətdə gedib və evə qayıtmayıb. Hüquq-mühafizə orqanlarının işçiləri və könüllülər onun axtarışlarına başlayıblar.
“Tapıldı, sağdır. Axtarışlarda iştirak edən hamıya təşəkkür edirik”, – sosial şəbəkədə belə bir məlumat paylaşılıb.
Əlavə olunur ki, qızın bu günlər ərzində harada olduğu etik səbəblərə görə açıqlanmır.
Oxu.az
