Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri İvano-Frankovsk bölgəsində rusların raketini vurub. Ölən və yaralananlar olmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə İvano-Frankovsk vilayət adminstrasiyası məlumat yayıb.
“Bu gün saat 12:41-dən 13:54-dək davam edən hava reydi zamanı hava hücumundan müdafiə qüvvələri bölgəmizdə Rusiya raketini vurdular” deyə xəbərdə bildirilir.
Qeyd olunub ki, mülki əhali arasında tələfat və bölgədə infrastruktura ziyan dəyməyib.
