IX Qlobal Bakı Forumunun iştirakçıları Füzuli Hava Limanı ilə tanış oldularbackend

IX Qlobal Bakı Forumunun iştirakçıları Füzuli Hava Limanı ilə tanış oldular

IX Qlobal Bakı Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanında olublar.

KONKRET.az xəbər verir ki, Forum iştirakçılarına Füzuli Beynəlxalq Hava Limanını barədə məlumat verilib.

Dünya İncəsənət və Elm Akademiyasının sədri Alberto Zukkoni jurnalistlərə bildirib ki, təkcə Füzuli Beynəlxalq Hava Limanı deyil, bütün Azərbaycan çox gözəldir.

O, bu gün Şuşada keçiriləcək panellərdən söz açaraq “İnsan təhlükəsizliyi: Qlobal liderliyin formulu” mövzusunu xüsusi vurğulayıb.

“İnsan təhlükəsizliyi bütün dünyada çox önəmlidir. Bu məsələdə hər birimiz fəal olmalıyıq. Hər bir hökumət dərk etməlidir ki, bu, rifah əldə etməyin ən yaxşı yoludur”, – Zukkoni qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*