IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşada səfərdədirlərbackend

IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşada səfərdədirlər

Azərbaycan işğaldan azad edilmiş ərazilərinə iyunun 19-da səfər edən IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya gediblər.

KONKRET.az xəbər verir ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri müşayiət edirlər.

Qeyd edək ki, IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşada panel müzakirələr aparacaqlar.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*