İyun ayı üzrə pensiyalar tam ödənildibackend

İyun ayı üzrə pensiyalar tam ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyun ayının pensiyalarının ödənişini tam yekunlaşdırıb.

Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, iyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*