“Jek” müdirliyindən MTRŞ-yə gedən yol – Qohumbazlığın SON HƏDDİ – FOTObackend

"Jek" müdirliyindən MTRŞ-yə gedən yol - Qohumbazlığın SON HƏDDİ - FOTO

Sirr deyil ki, Əli Həsənov ideoloji sahəyə başçılıq etdiyi illərdə bütün qohum-əqrəbasını ayrı-ayrı təşkilatlarda yüksək vəzifələrə yerləşdirə bilmişdi. Bununla bağlı artıq mediada kifayət qədər məlumatlar gedib. Oğlu Şamxal Həsənlini “Xəzər” televiziyasına rəhbər qoyan keçmiş məmur qardaşı oğlu Elçin Həsənovu İTV-nin direktor müavini vəzifəsinə təyin etdirmişdi. Həyat yoldaşı Sona Vəliyeva həm “Kaspi” qəzetinin təsisçisi, həm də Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü kimi uzun müddət fəaliyyət göstərib. Hələ bu azmış kimi, Əli Həsənov cəmi birillik jurnalist fəaliyyəti olan doğmaca dayısı oğlunu da unutmayaraq, onu 2005-ci ildə MTRŞ-nın üzvü belə etdirə bilib.

Söhbət Məmməd Cəfərovdan gedir.  O Məmməd Cəfərovdan ki, BDU-nun kitabxanaçılıq fakültəsini bitirdiyi halda, 1978-1997-ci illərdə Xəzər Dəniz Donanmasında müxtəlif vəzifələrdə çalışıb. 1999-2001-ci illərdə Xətai rayonunda MİS-in rəisi vəzifəsində, 2002-2003-cü illərdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində müfəttiş vəzifəsində işləyib. Və o, cəmi bir il Sona Vəliyevanın rəhbəri olduğu “Kaspi” qəzetində müxbir işləməsinə baxmayaraq, MTRŞ-yə üzv olmaqla Əli Həsənovun bu qurumda “göz-qulağı” olub. Ümid edirik ki, qurumdakı kadr dəyişikliyi onun bu missiyasına da son verəcək.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*