Jirinovski: “Ukrayna Rusiyanın əyalətinə çevrilməlidir”backend

Jirinovski: “Ukrayna Rusiyanın əyalətinə çevrilməlidir”

“Hakimiyyət istənilən vasitə ilə Ukraynanı Rusiyanın əyalətinə çevirməlidir”

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu fikirləri “Komsomolskaya pravda” radiosuna müsahibəsində Vladimir Jirinovski bildirib. Rusiyalı siyasətçinin fikrincə, yaxın vaxtlarda Ukrayna ərazilərinin Rusiya Federasiyasına qoşulması mümkündür.

“Çamadanlarınızı yığıb gedin Ukraynadan! Siz işğal rejimisiniz. Bu, Rusiyadır, o torpaqlar yenə Rusiyanın vilayətlərindən biri olacaq: Jitomir, Kiyev, Odessa, Xarkov və s. “Ukrayna” sözünü unudun. Ukrayna yox idi. Vaxtilə onlar rusca rus çarına yalvarıb ki, xalqı rus bayraqları altında birləşdirilsin. Biriniz mənə 1654-cü ildə “Ukrayna” sözü olan sənəd tapsın! Heç vaxt tapa bilməzsiniz. Çünki belə bir ad tarixdə olmayb”, – Jirinovski deyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*