Jirinovskidən partiya silahdaşlarına qadağa: Virusa görə heç kəslə qucaqlaşmayınbackend

Jirinovskidən partiya silahdaşlarına qadağa: Virusa görə heç kəslə qucaqlaşmayın

Rusiyanın LDPR partiyasının bütün üzvləri koronavirusun yayılması və gigiyenanı qorumaq səbəbi ilə heç kəslə qucaqlaşmayacaq.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri partiyanın sədri Vladimir Jirinovski parlamentin aşağı palatasının iclasında deyib:

“Min dəfə demişəm ki, əl sıxmaqdan, qucaqlaşmaqdan, öpüşməkdən imtina etməliyik. Bir-birinizdən uzaqda oturmalısınız”.

Koronavirus Çinin Uxan şəhərində (Hubei əyaləti) yayılmağa başlayıb. İlkin versiyaya görə, bir xəstəliyin törədicisi “2019-nCoV”un bir növü olan koronavirusdur.

İnfeksiya halları ABŞ və Avropada, eləcə də Tailand, Kanada, Nepal, Sinqapur, Malayziya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnamda qeydə alınıb.

Yanvarın 31-də Rusiyada – Zabaykaliya və Tümen bölgəsində iki dəfə koronavirus hadisəsi qeydə alınıb. Baş nazirin müavini Tatyana Qolikovanın sözlərinə görə, xəstələnənlər Çin vətəndaşlarıdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, fevralın 6-da 24 554 nəfər koronavirusa yoluxub. 565 ölüm hadisəsi qeydə alınıb.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*