Jirinovskinin proqnozları özünü bir-bir doğruldur – ƏTRAFLIbackend

Jirinovskinin proqnozları özünü bir-bir doğruldur - ƏTRAFLI

Vladimir Jirinovskini sağlığında əksəriyyət Kremlin siyasi təlxəyi adlandırırdı. Sonralar isə baş verən proseslər göstərdi ki, o, həm də siyasi falçı imiş. Əlbəttə, ona qarşı münasibət heç vaxt birmənalı olmayıb. Amma Rusiya dərin dövlətinin, eləcə də Vladimir Putinin V.Jirinovskiyə dərin rəğbəti həmişə hiss olunub. Bu amil isə onun açıqlamalarını daha cazibədar edirdi. Ona görə də bütün dedikləri istər Rusiya cəmiyyətində, istərsə də postsovet məkanda ciddi müzakirələrə səbəb olurdu.

KONKRET.az xəbər verir ki, V.Jirinovskinin hələ Ukraynada müharibə olacağı ilə bağlı illər öncəki açıqlaması nədənsə diqqətdən yayınmışdı. Bunu əsas gətirərək onun bir çıxışını oxucuların diqqətinə çatdırırıq:

“Ukrayna ərazisində və Krım uğrunda müharibə mütləq olacaq. Zaqafqaziyada Qərb Ermənistanı Bakıya qarşı müharibədə dəstəkləyəcək. Tbilisini isə Abxaziyaya qarşı dəstəkləyəcək. Mən sizə deyirəm, burada Avropanın mərkəzində NATO-nun müharibədən başqa planı yoxdur.

Müharibələrin əsas hədəfi isə Rusiya ilə müharibədir. Qərb parazit kontingentdir. Bütün dünyanı təngə gətirib. Onlar yaxşı yaşıyırlar, ona görə ki, bütün planet əziyyət çəksin. 6 milyard insan işgəncə çəkir ki, 500 milyon şık həyat tərzi sürsün, gözəl saraylarda oturub şampan şərabı içə-içə, dünyada gedən prosesləri müzakirə etsin, Şərqə öz ordularını göndərsin. Əvvəlcə hansısa ölkəni bombalasın, sonra desin ki, bu, demoktratiyadır”.

 

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*