Jirinovskinin “qatilləri” partiya tərəfindən cəzalandırılacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Liberal Demokrat Partiyasının mətbuat xidmətinin rəhbəri Aleksandr Dupin məlumat verib. Rusiya Liberal Demokrat Partiyası lideri Vladimir Jirinovskinin ölümü ilə bağlı “saxta” məlumatın əsas mənbəyini məhkəməyə verəcək.
“Liberal Demokrat Partiyası Jirinovskini “dəfn edən” yalançıları cəzalandırmaq üçün hər cür səy göstərəcək. Baş Prokurorluğa ərizə veririk və bütün böhtançılara qarşı iddialar hazırlayırıq. İlk növbədə xəbəri ilk yayana qarşı, əlbəttə ki, tədbir görüləcək. Liberal Demokrat Partiyasının Ali Şurasının növbəti iclasında senator Pronyuşkinin məsələsi müzakirə olunacaq”, – deyə Dupin bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
