Belarus televiziyasında kuryoz hadisə yaşanıb. Jurnalist qız canlı efirə sərxoş çıxıb.
KONKRET.az bizimyol.info-ya xəbər verir ki, CTB telekanalının əməkdaşı Yelena Kozlova Minsk küçələrindən reportaj təqdim edərkən özünü qəribə aparıb. O, səndələyir, böyük pauzalar edir, kağızdan mətni düz-əməlli oxuya bilmirmiş.
Sosial mediada həmin kadrlar çox müzakirə olunub. İstifadəçilər Yelenanın sərxoş olduğuna şübhə etmədiklərini bildiriblər. Maraqlıdır ki, jurnalist qız bu halda Belarus paytaxtındakı idman hadisələrindən danışırmış.
