Jurnalistə iş açıldı – Əsgərləri döyən hərbçinin adını açıqladığına görəbackend

Jurnalistə iş açıldı - Əsgərləri döyən hərbçinin adını açıqladığına görə

Permli jurnalist Olqa Yakunçevaya qarşı qorunan şəxslər haqqında məlumatların qanunsuz yayılması maddəsi ilə (Rusiya İXM-in 17.13-cü maddəsinin 2-ci hissəsi) inzibati iş başlanıb.

KONKRET.az xəbər verir ki, “Mediazona” məhkəmənin saytındakı iş kartını aşkar edib. İnzibati protokol avqustun 17-də məhkəməyə daxil olub, lakin hələlik baxılma tarixi təyin edilməyib.

Yakunçeva 59.ru nəşrinin jurnalistidir. “Mediazona”nın məlumatına görə, işin açılmasına səbəb onun 2026-cı ilin yanvarında dərc etdiyi “Məhkəmədə ‘qəhrəman’ kapitan üzünü kağız vərəqi ilə gizlədirdi” adlı məqalə olub.

Məqalədə Permdən olan kapitan İvan Yasırev haqqında bəhs edilirdi. O, Moskva vilayətinin Balaşixa şəhərində xidmət etdiyi dövrdə əsgərləri mütəmadi olaraq döyürdü.

Nəşrin yazdığına görə, məqalə dərc edildikdən sonra Yasırevin qohumları hüquq-mühafizə və nəzarət orqanlarına müraciət edərək jurnalistin kapitanın, eləcə də döyülmüş əsgərlərin ad və soyadlarını açıqlamasından şikayət ediblər.

Qeyd edək ki, məqalə dərc olunmazdan əvvəl — 2025-ci ilin mayında məhkəmə İvan Yasırevi zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşmaq ittihamı üzrə 4 il müddətinə azadlıqdan məhrum etmişdi.

Məhkəmədə o, təqsirini etiraf etsə də, hərəkətlərini “tərbiyə məqsədilə vurulan yüngül şapalaqlar” adlandırmış və bunları “qəsdən etmədiyini” bildirmişdi.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*