Kabil təhlükəsizlik işçiləri Tacikistana rədd cavabı verdibackend

Kabil təhlükəsizlik işçiləri Tacikistana rədd cavabı verdi

Noyabrın 6-na keçən gecə Tacikistanda sərhəd zastavasına hücum edən bir qrup hərbiçi Əfqanıstan-Tacikistan sərhədini keçməyib. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu dünya mətbuatına istinadən bildirir ki, Əfqanıstanın təhlükəsizlik qüvvələrindəki bir neçə yüksək vəzifəli mənbənin fikrincə, bu terrorçu qrupun izləri Əfqanıstandan kənarda axtarılmalıdır.

Tacikistan Milli Təhlükəsizlik Komitəsi tərəfindən bildirilmişdi ki, Noyabrın 6-na keçən gecə 20 maskalı yaraqlıdan ibarət silahlı qrup Düşənbə şəhərindən 60 km cənub-qərbdə, Tacikistan-Özbəkistan sərhədində yerləşən İşkobod sərhəd postuna hücum ediblər. Tacikistan təhlükəsizlik qüvvələrinin rəsmi məlumatına görə, toqquşma zamanı 15 terrorçu məhv edilib, qalan 5 nəfər yaralanaraq tutulub. Döyüşdə bir sərhəd keşikçisi və bir polis əməkdaşı ölüb. Təhlükəsizlik nümayəndələri silahlıların İŞİD-ə mənsub olduqlarını və qonşu Əfqanıstan ərazisindən Tacikistana gəldiklərini vurğulayıblar.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bununla birlikdə, əfqan mətbuatında yerli hüquq-mühafizə orqanlarının yüksək rütbəli və məlumatlı əməkdaşları tacik həmkarlarının iddilarını rədd etdilər. Əfqanıstan təhlükəsizlik rəsmilərindən biri bidlirib ki, İŞİD yaraqlılarının Əfqanıstandan Tacikistana girdiyi iddia edilən Gündüz əyalətinin Qala-i-Zal bölgəsindəki dövlət sərhədi hər iki tərəfdən də lazımi şəkildə qorunur: “Buradakı xidmətlərimiz nəinki 20 nəfərlik bir qrupun, hətta bir nəfəri də asanlıqla qeydə alardı və sərhədi keçmək cəhdini qeydə dayandırardı. Buradan sərhədi qanunsuz keçmək çox çətindir: bunun üçün yaraqlılar Pəncər dağ çayını keçməlidir və mənə inanın ki, xüsusilə də iyirmi nəfərlik qrupla bunu etmək çox çətindir”.

Zabitin sözlərinə görə, “bu silahlı qrupun izlərini Əfqanıstandan kənarda axtarmaq lazımdır, çox güman ki, qrupun İŞİD-ə aid olması da şübhəlidir. Ümid edirəm ki, tacik həmkarlarımız tezliklə həqiqəti üzə çıxaracaqlar və bizimlə bölüşəcəklər”.

Maraqlıdır ki, İŞİD-in rəsmi media qaynaqlarında Özbəkistan-Tacikistan sərhəddində baş verən hadisə hələ də əks olunmayıb, təşkilat özü isə terror hücumu üzrə məsuliyyəti hələ üzərinə götürməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*