ABŞ-dan Ukraynaya 2,68 milyard dollarlıq hərbi paket – Siyahıda hansı silahlar var?backend

ABŞ-dan Ukraynaya 2,68 milyard dollarlıq hərbi paket - Siyahıda hansı silahlar var?

ABŞ Ukraynaya 2,68 milyard dollar dəyərində hava hücumundan müdafiə vasitələri və digər hərbi avadanlıqların mümkün satışını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi bildirişdə məlumat verilib.

Məlumata görə, mümkün satış paketinə S-300 tipli sistemlər üçün raketlər, GAM-67 raketləri, uzaqmənzilli lazerlə idarə olunan raketlər, mobil buraxılış qurğuları və onların modifikasiyası üçün avadanlıqlar daxildir.

Paketə həmçinin dronlarla mübarizə üçün RPS 202 radarları, teleskopik dayaqlı qoşqular, ehtiyat hissələri, proqram təminatı, nəqliyyat, mühəndislik və texniki-logistik dəstək də daxildir.

Bildirilir ki, razılaşma baş tutacağı təqdirdə, alış Avropa ölkələrinin ayırdığı vəsaitlər, eləcə də əvvəlki ABŞ administrasiyası dövründə ayrılmış Xarici Hərbi Maliyyələşdirmə (FMF) vəsaitləri hesabına maliyyələşdirilə bilər.

ABŞ Dövlət Departamentinin qərarı mümkün satışın təsdiqlənməsi mərhələsidir. Yekun müqavilənin bağlanması, silahların dəqiq sayı, şərtləri və çatdırılma müddətləri isə sonrakı prosesdən asılı olacaq. Mümkün satış paketində “Patriot” hava hücumundan müdafiə sistemləri və onlar üçün raketlərin yer almadığı bildirilir.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*