Kadırov rəsmən “Xalqın atası” OLDUbackend

Kadırov rəsmən “Xalqın atası” OLDU

Kadırov rəsmən “Xalqın atası” adını alıb.

KONKRET.az xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin sədri Maqomed Daudov məlumat verib. Çeçenistan rəhbəri Ramzan Kadırov rəsmi olaraq “xalqın atası” titulunu alıb.

Çeçenistan parlamenti qanun qəbul edib, ona əsasən, region rəhbərinin mövqeyi indi “Xalqın atası” mənasını verən “Mehk-Da” kimi səslənir.

Çeçenistan parlamentinin sədri Maqomed Daudovun Telegram kanalında yazdığı kimi, layihə respublikanın əsas qanununu əlavə etmək üçün hazırlanıb.

Onların fikrincə, Çeçenistan rəhbəri Çeçenistan Respublikasının konstitusiyasının, insan və vətəndaşın hüquq və azadlıqlarının təminatçısıdır.

Konstitusiyaya edilən eyni dəyişikliyə görə, başçı Çeçenistan Respublikasının ərazi bütövlüyünü təmin edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*