Kadırov Zelenskinin Hitler kimi özünü güllələməsi üçün tapança gəzdirir.
KONKRET.az xəbər verir ki, Çeçenistan lideri bu barədə Olqa Skabeyevaya “Rossiya 1” kanalında “60 dəqiqə” verilişinə müsahibəsində danışıb.
Çeçenistan rəhbəri Ramzan Kadırov üzərində Ukrayna Prezidenti Volodimir Zelenski üçün qənimət tapança gəzdirir.
O, Zelenski üçün xüsusi olaraq silah saxlayır ki, nasist Almaniyası məğlub olandan sonra Hitler özünü güllələdiyi kimi Ukrayna Prezidenti də özünü güllələsin.
“Silah qənimətdir, mən onu qəsdən saxlayıram. Hitlerin özünü güllələdiyi tapança var idi, mauzer.
Mən Zelenskinin özünə bir güllə vuracağına inana bilərəm. Mən bu tapançanı Zelenskiyə göndərəcəm ki, o, layiqli addım atsın.
Bu, onun üçün ən yaxşı çıxış yolu olar. O, öz xalqını öldürür. Onun namusu və vicdanı yoxdur”, – deyə Kadırov bildirib.
Xuraman Etibarlı,
KONKRET.az

Əvvəl bu tapancanı ver Simonyan münasib yerinə soxub yağlasın. Yoxsa yaxşı atmaz, paslanar