Kahramanmaraşda 200 konteynerlik Azərbaycan məhəlləsi yaradılacaqbackend

Kahramanmaraşda 200 konteynerlik Azərbaycan məhəlləsi yaradılacaq

Türkiyənin Kahramanmaraş şəhərində 200 konteynerlik Azərbaycan məhəlləsi yaradılacaq.

KONKRET.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Federasiyasının Türkiyə təmsilçisi Asif Qurban deyib.

Bildirilib ki, bu layihə Azərbaycandakı vətəndaş cəmiyyətlərinin dəstəyi ilə reallaşacaq.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Hadisə nəticəsində həlak olanların sayı 48 mini keçib

İlk günlərdən etibarən Türkiyədəki axtarış-xilasetmə tədbirlərində iştirak edən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 867 nəfərlik qrupu ümumilikdə 53 nəfər dağıntılar altından sağ çıxarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*