Kamran Ələsgərovun ailəsi Prezidentə müraciət edib – VİDEObackend

Kamran Ələsgərovun ailəsi Prezidentə müraciət edib - VİDEO

Həkimlərin səhlənkarlığı üzündən dünyasını dəyişən Kamran Ələsgərovun ailəsi prezidentə müraciət edib.

Bir neçə ay bundan əvvəl Qusar rayonunun Hil kəndində dünyasını dəyişən Kamran Ələsgərovun ailəsi KONKRET.az saytı vasitəsilə ölkə başçısına müraciət ünvanlayıb. Qusar MRX-nin təcili yardım xidmətinin çağırışa həkimsiz yollanması və xəstəyə ani tibbi yardımın göstərilməməsi üzündən dünyasını dəyişən Kamran Ələsgərovun ailəsi övladlarının ölümündə təqsiri olan həkimlərin cəzasız qalmasına etiraz edib.

Ailə hadisənin baş verməsində məsuliyyət daşıyan xəstəxana rəhbərliyinin qanuni cəzasını alması üçün Prezident İlham Əliyevə müraciət edib.

Xatırladaq ki, Hil kəndinin sakini Kamran Ələsgərov səhhətində yaranan problemlə əlaqədar olaraq təcili yardım xidmətinə zəng vurub. Çağırış qeydə alınıb və xəstəxananın təcili yardım maşını Kamran Ələsgərovun yaşadığı ünvana həkimsiz gəlib. Sürücü Ömər Hidayətov Kamran Ələsgərovu xəstəxanaya aparsa da, yolda xəstənin vəziyyəti qəfil pisləşib və o, dünyasını dəyişib.

Qeyd edək ki, ötən ay Kamran Ələsgərovun qız övladı dünyaya gəlib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırmalar aparılsa da, ailəyə bu barədə heç bir məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*