ŞOK – Təcili yardım çağırışa həkimsiz getdi – Xəstə yolda dünyasını dəyişdibackend

ŞOK - Təcili yardım çağırışa həkimsiz getdi - Xəstə yolda dünyasını dəyişdi

Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinin çağırışa həkimsiz getməsi bir nəfərin dünyasını dəyişməsinə səbəb olub. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, səhər saatlarında Qusar rayonunun Hil kəndində yaşayan Kamran Ələskərov səhhətində yaranan problemlə əlaqədar olaraq təcili yardım xidmətinə zəng vurub. Çağırış qeydə alınıb və xəstəxananın təcili yardım maşını Kamran Ələskərovun yaşadığı ünvana doğru yola çıxıb. Ən təəccüblüsü də o olub ki, təcili yardım avtomobili çağırışa həkimsiz gəlib. Sürücü Ömər Hidayətov Kamran Ələskərovu xəstəxanaya aparsa da, yolda xəstənin vəziyyəti qəfil pisləşib və o, dünyasını dəyişib. Araşdırmalar nəticəsində məlum olub ki, həmin gün qeyd olunan çağırışa həkim Nadir Ağacanov getməli imiş. Amma nədənsə N.Ağacanov qeyd olunan ünvana getməyib. Əvəzində isə sürücünü göndərib. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*