Kanadada atışma nəticəsində ölən və yaralananlar varbackend

Kanadada atışma nəticəsində ölən və yaralananlar var

Kanadanın Toronto şəhərində atışma nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə CTV kanalı məlumat yayıb.

Hadisə bu gecə metropolun qərb hissəsindəki küçələrdən birində baş verib.

Atışma barədə həyəcan siqnalından sonra hadisə yerinə gələn polis güllə yaraları olan bir nəfəri aşkar edib, o, aldığı yaralardan yerindəcə keçinib. İkinci zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Atışma ilə bağlı hələlik heç kim saxlanılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*