Kanadanın əhalisi immiqrantlar hesabına rekord həddə ARTIBbackend

Kanadanın əhalisi immiqrantlar hesabına rekord həddə ARTIB

2022-ci ildə Kanadanın əhalisi 1 milyondan çox artaraq 39,6 milyon nəfərə çatıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu, 1957-ci ildən bəri 2,7%-lə rekord artımdır.

Məlumata görə, 1957-ci ildə əhalinin sayının 3,3% artımından fərqli olaraq, indiki artım demək olar ki, yalnız mühacir axını ilə bağlıdır. Onların artımda xüsusi çəkisi 95,9 faiz təşkil edib.

Qeyd edək ki, mühacirlərin ölkəyə aktiv şəkildə cəlb edilməsi siyasəti 2015-ci ildə Baş nazir Castin Trüdonun gəlişi ilə başlayıb. Bu tədbirlər işçi qüvvəsi çatışmazlığı problemini həll etmək və ölkənin qocalmış əhalisi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Kanada hökuməti 2025-ci ilə qədər ildə yarım milyona qədər immiqrantı qəbul etməyi planlaşdırdığını açıqlayıb.

Məlumata görə, qaçqınlar Kanadaya hərbi qarşıdurmaların və təbii fəlakətlərin olduğu ölkələrdən köçürlər. Hər şeyi nəzərə alsaq, 2022-ci ildə Kanada əhalinin artımı baxımından ATƏT-in 38 ölkəsi arasında birinci yerdədir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*