Mahir Xəttabı Feysbukdan, qiyabi tanıyıram. Hərdən üsyankar, çılğın statusları rastıma çıxır.
Sentyabrın 8-də əvvəlcə öz saytında Ramiz Göyüşovun məlum videosunun yayıldığını böyük hay-küylə xəbər verdi və onun ünvanına təhqir sayılacaq kəskin ifadələr işlətdi. Çox keçmədi, cəmi bir-iki saatdan sonra bu statusu silib, mövqeyini 180 dərəcə dəyişərək əks fikirlər paylaşdı, “Ramiz bəyin“ şantaja uğradığını deyib onun müdafiəsinə qalxdı, əvvəlki fikirlərinin səhv olduğunu bildirdi. Həm də Göyüşovu ifrat dərəcədə , “barıtı çox” müdafiə elədi, onun məsum obrazını yaratdı. Bəlkə də Göyüşov ömründə heç belə müdafiə görməmişdi…
Bu müdafiə statusları onun səhifəsində indi də durur. Qısa vaxt aralığında Mahir Xəttabın bir-birinə zidd belə fərqli fikirlər söyləməsi Feysbuk istifadəçilərinin də diqqətindən qaçmadı, mövqeyini dəyişməsi izləyicilərin tənqidinə, tənə və qınağına tuş gəldi. Xoruzun quyruğu açıq-aşkar görünürdü.
Bunların ardınca Xəttabın Göyüşovdan 2000 manat aldığına görə həbs edilməsi xəbəri yayıldı və Göyüşovun üstünə gedənlərin səsi kəsildi; elə bil, qurbağa gölünə daş atdılar. Xəttabı müdafiə edən az-çox həmkarları da yoxa çıxdılar. Beləcə, bu şantaj videosunun qurbanı Xəttab oldu. Bəlkə istintaq videonu hazırlayan və yayan şəbəkəylə onun əlaqəsini, yaxud başqa hanısısa məqamları da üzə çıxaracaq, deyə bilmərəm, amma bu hadisə həm də reket sayt rəhbərlərinə, bəzi jurnalistlərə görk idi. Belə çıxır ki, hamı sakitləşdi, hər şey unuduldu, bircə Xəttab öz sadəlövhlüyünün güdazına getdi.
Müəmmalı məqamlardan biri də Göyüşovun davranışları oldu. Əgər Xəttab təhqiri silib, səhv etdiyini boynuna alıb, Göyüşovun alovlu müdafiəçisinə çevrilmişdisə, bunlardan sonra ona rüşvət verməyin, onu tutdurmağın mənası nəydi ki? Təzədən təhqirə başlamayacaqdı ki?! Telefonu söndür, qısıl abrına, otur yerində də… Vəziyyət bu həddə ki çatmışdı, belə prinsipial mövqeyi Göyüşov gərək o videonu çəkənlərə, onu yayanlara və bir az da özünə qarşı göstərəydi.
Rəşad Məcid
250
Salam mende isdrem 250 manatı nece elde ede bilerm
Salam zəhmət olmasa mənədə pul mükafatmı verərdiz
250 manat lazimdi
Bagirovbeyler@gmail
Əli
Tovuz rayonun elublu kendi
Mende 250 m isdiyirem kasb adamam yard edin