TƏCİLİ: “Erməni Bazar” BELƏ VURULDU – ŞOK VİDEObackend

TƏCİLİ: "Erməni Bazar" BELƏ VURULDU - ŞOK VİDEO

Krımın Rusiya tərəfindən nəzarət edilən Armiyansk şəhərində gecə saatlarında partlayışlar qeydə alınıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid olduğu iddia edilən bəzi obyektlərə zərbələr endirilib.

Rusiya tərəfi isə bildirir ki, zərbələrdən biri yaşayış binasına düşüb və nəticədə binada yanğın baş verib, bir neçə mənzilə ziyan dəyib.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən geniş və müstəqil təsdiqlənmiş məlumat hələlik açıqlanmayıb.

Qeyd edək ki, Armiyansk şəhəri Krımın şimalında yerləşir və tarixi mənbələrə görə XVIII əsrin 1730-cu illərində burada ticarət məqsədilə məskunlaşan erməni və yunan icmalarının təsiri ilə formalaşıb. Şəhərin adı kırım tatar dilində “Ermeni Bazar” (Armən bazarı) kimi də işlədilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*