ABŞ-ın “Azadlıq Layihəsi” əməliyyatından əvvəl İrana gizli xəbərdarlıq etdiyi iddia olunur.
KONKRET.az xəbər verir ki, ABŞ administrasiyası “Azadlıq Layihəsi” adlı əməliyyat çərçivəsində Hörmüz boğazında gəmilərin müşayiətinə başlamazdan əvvəl İrana gizli mesaj göndərib.
Mesajda Tehrana planlaşdırılan missiya barədə məlumat verilib və mümkün müdaxilədən çəkinmək çağırışı edilib.
Məlumata görə, bu addım Vaşinqtonun bölgədə mümkün eskalasiya riskini azaltmaq cəhdi kimi qiymətləndirilir.
Bununla belə, iddialara əsasən, xəbərdarlığa baxmayaraq İran əməliyyata mane olmağa cəhd göstərib və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə, həmçinin ticarət gəmilərinə və Birləşmiş Ərəb Əmirliklərindəki bəzi obyektlərə zərbələr endirib.
Daha əvvəl Donald Tramp ABŞ-ın İranla aparılan danışıqları başa çatana qədər Hörmüz boğazından gəmilərin müşayiətini dayandıracağını bildirmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
