Briçit bu VİDEONU görəndən sonra Emmanueli döyəcəkbackend

Briçit bu VİDEONU görəndən sonra Emmanueli döyəcək

Fransa Prezidenti Emmanuel Makronun Ermənistandan ayrılarkən Baş nazir Nikol Paşinyanla qeyri-adi vidalaşması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, yayılan görüntülərdə Makronun təyyarəyə minməzdən əvvəl Paşinyanla əl işarəsi ilə “ürək” formasında jest etdiyi görünür.

Sosial şəbəkə istifadəçiləri bu kadrları zarafatla “iki liderin diplomatik romantikası” adlandırıblar.

Bəziləri isə bu səhnəni belə şərh edib: “Briçit Makron bu videonu görəndən sonra Emmanueli döyəcək”.

Görüntülər fonunda belə bir sual da yaranıb: bu, sadəcə mehriban diplomatik jest idi, yoxsa İrəvanda keçirilən sammitin ən “emosional” anı?

Hər halda, Makronun Ermənistandan ayrılışı rəsmi protokoldan daha çox sosial şəbəkələr üçün material verib.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*