Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək – RƏSMİbackend

Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək - RƏSMİ

“Karantin müddəti uzandığı halda, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək”.

KONKRET.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər ailəyə birdəfəlik ödəniş bir dəfə veriləcək:

“Əgər ailədə iki nəfər varsa və onlar işləmirsə, onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər. Onlardan birinə birdəfəlik ödəniş olunacaq. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək”.

Nazir qeyd edib ki, əgər işsiz kimi qeydiyyata düşən şəxsin şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə, onun qeydiyyata düşməsində problem yarana bilər:

“Bütün məlumatlar elektron fin nömrə üzərində araşdırılır. Vəsiqənin vaxtı bitibsə, onda biz onun məlumatlarını yoxlaya bilməyəcəyik və ona işsiz statusu verə bilməyəcəyik”.

Nazir qeyd edib ki, əgər ailədə ata, ana və 18 yaşından yuxarı əmək yaşına çatmış iki övladı varsa, birdəfəlik ödənişin verilməsi üçün övladlar nəzərə alınmır:

“Ancaq ana və atanın biri əmək müqaviləsi üzrə işləyirsə, artıq dövlət ona yardım edir. Digərinin alması artıq düzgün olmazdı. Övladların ayrıca birdəfəlik ödəmə almaq hüququ var və müraciət edə bilərlər”.

  • FARİZ
    Aprel 19, 2020 - 19:36

    Salam mən və həyat yoldaşım heç bir yerdə işləmirik karona virusuna görə evdə oturmuşam 2 evladım var bizə 190 manat pul vermədilər 219 cı ildə vönümü bağlamışdım indi mənə sms gəldi ki, sizə 190 manat düşmür siz vergi ödəyicisiz belə vicdansızlıq olar hara zeg vurulur 142 pul tutur cavab vermirler deyirlər evdə qal edə qalırıq necə dolanaq uşaq var yox başa düşmür

  • Kəmalə
    İyun 19, 2020 - 21:41

    Mən Aprelin 10 kecdim qediyyatdan hələdə nə imtina ne alabilərsən gəlib .Adima hecnə yoxdu .Kirayə qaliram isləyirdim karonaya görə evdəyəm isləmirəm .Qediyyatdan kevəndə kartickama kimi yazmisam ama maləsəf cvb yoxdu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*