Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova qızı Mehparə Əzizovaya karantin zamanı nişan etdiyi üçün cəzalandırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə oxu.az-a Mətanət Misirxanova özü məlumat verib.
O qeyd edib ki, sözügedən məclis 23 may 2020-ci ildə keçirilib:
“Nişan mərasimi öz evimdə, yalnız ailə üzvlərimizin iştirakı ilə keçirilib. Məclisdə ailədən kənar heç kim olmayıb.
Nişanda qız və oğlan evi birgə 18 nəfər olub. Karantin qaydalarını pozduğuma görə haqqımda Ağdam Rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edilib”.
***
15:50
Azərbaycanda daha bir məmur pandemiya dönəmində övladına nişan mərasimi keçirib.
KONKRET.az-ın ölkə.az-a istinadən məlumata görə, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovanın nişan mərasimi olub.
Mərasim iyulun 9-da Ağdam rayonu Quzanlı qəsəbəsində baş tutub. Bildirilir ki, nişan mərasimində rayonun icra hakimiyyətinin yüksək vəzifəli şəxsləri iştirak edib.
Sadəcə, onlar üçün digər otaqda xüsusi masa açıldığından həmin görüntülərdə yoxdurlar.
Mərasim 30-dan artıq şəxsin iştirakı ilə keçirilib.
Mehparə Əzizova Fəzəməli Nurlan Muradxan oğlu adlı şəxslə nişanlanıb.
Qeyd edək ki, Fəzəməli Nurlan adlı şəxs Ağdam Rayon İcra Hakimiyyətinin işçisidir.
