Karantini pozub idman zalına getdilər – FOTObackend

Karantini pozub idman zalına getdilər - FOTO

Paytaxtın Binəqədi rayonunda rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan idman zalı aşkarlanıb.

KONKRET.az-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub.

Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*