Karxanalarla bağlı hüquq mühafizə orqanlarına müraciət edildibackend

Karxanalarla bağlı hüquq mühafizə orqanlarına müraciət edildi

“Ötən il 100-dən çox karxananın fəaliyyətini qiymətləndirmişik”.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib.

O bildirib ki, bununla bağlı həm hüquq mühafizə orqanlarına, həm də məhkəmə orqanlarına müraciət edilib.

S.Qurbanov vurğulayıb ki, İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb və bununla bağlı lazımi hüquqi addımlar atılıb: “Həm dronlarla, həm də yerli müşahidələr zamanı kənara çıxmalar qeydə alınıb”. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*