Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə olunub. Bundan əlavə, Laçın yolundakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə, sülh sazişi layihəsi ətrafında gedən proseslərə də toxunublar.

Bu keçisaqqal yenə çıxıb ortalığa? İndiyə qeder ancaq Azərbaycanın bu quruma ödədiyi havayı pulları xərcləyib heç bir iş görmür. Niyə məhz ermənistana gedir?