Kaya Kallas: “Avropada bəzi ölkələr hələ də balaca olduqlarını dərk etməyiblər”backend

Kaya Kallas: "Avropada bəzi ölkələr hələ də balaca olduqlarını dərk etməyiblər"

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Avropa dövlətlərinin qlobal siyasi arenadakı real mövqeyi ilə bağlı maraqlı bəyanatla çıxış edib. Ali komissar çıxışı zamanı tarixi bir sitata müraciət edib.

KONKRET.az xəbər verir ki, Kaya Kallas Avropa ölkələrinin miqyasından danışarkən Belçikanın keçmiş baş nazirinin sözlərini xatırladıb: “Mənim çox tez-tez istifadə etdiyim və ən sevdiyim sitat Belçikanın keçmiş baş naziri Pol-Anri Spaaka məxsusdur. O demişdi ki, Avropada yalnız iki növ ölkə var: balaca ölkələr və hələ də balaca olduqlarını dərk etməyən ölkələr. Və bu, tam bir həqiqətdir”.

Avropa diplomatiyasının rəhbəri bu fikirlərlə Avropa dövlətlərinin qlobal güclər qarşısında yalnız birlik nümayiş etdirəcəyi təqdirdə güclü ola biləcəyinə və daxili iddialardan uzaqlaşmağın vacibliyinə eyham vurub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*